Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2022 / Xəbərlər

Zərdabda "Vətən sevgisi şəhidlik və qazilik" mövzusu müzakirə olunub

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Vətən sevgisi: şəhidlik və qazilik” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, MKS-nin direktoru Nailə Əliyeva, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, Vətən müharibəsi qaziləri, MKS-nin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda müstəqilliyə gedən yolda çoxlu sayda şəhid və qazilərimizin olduğu, şəhidliyin İslam dinində ən yüksək zirvədə dayandığı qeyd edilib. Azərbaycan əsgərinin gücündən, Vətəninə, xalqına, üçrəngli bayrağına olan sevgisindən danışılıb.

Hər bir xalqın gələcəyə olan ümidlərinin gənclər olduğu və buna görə də gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyi bildirilib.