Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.02.2022 / Xəbərlər

Zərdabda “Narkomaniya sərhədsiz fəlakətdir” adlı maarifləndirici tədbir keçirilib

Fevralın 17-də Zərdab şəhər Peşə Liseyində “Narkomaniya sərhədsiz fəlakətdir” adlı maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəyalə Niftəliyeva, Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələkbər Kərimov, Rayon Polis Şöbəsinin əməkdaşı Samir Kərimli, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ləman Səfərəliyeva, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, Peşə Liseyinin tərbiyə işləri üzrə müavini Nur Qasımov, müəllim və tələbələr  iştirak ediblər.

Çıxışlar zamanı iştirakçılara narkomaniyanın fəsadları barədə geniş məlumat verilib. Bildirilib ki, bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, insanların həyat  və sağlamlığına ciddi təhlükə yaradan amillərdən biridir. Həmçinin çıxışlar zamanı erkən nikahın fəsadları barədə də fikir mübadiləsi aparılıb, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.