Zərdabda maarifləndirmə tədbiri keçirilib
Noyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi və Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, dinin siyasiləşdirilməsi məsələsi ideoloji sahə üçün ən prioritet problemlərdən biridir. Dini radikalizm və ekstremizmin əsas metodlarından biri dinin siyasiləşdirilməsi, yaxud siyasi proseslərdə dindən alət kimi istifadə edilməsidir. Həmçinin çıxışlar zamanı radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyi diqqətə çatdırılıb. Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin son dərəcə əhəmiyyətli olduğu vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

