Zərdabda “Gələcəyimizi düşünək, narkomaniyaya yox deyək” adlı tədbir keçirilib
Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab şəhər Peşə Liseyinin birgə təşkilatçılığı ilə “Gələcəyimizi düşünək, narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab şəhər Peşə Liseyinin direktoru Rauf Məlikov, peşə liseyinin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, müasir dünyamızın ən mühüm problemlərindən olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Həmçinin çıxışlar zamanı narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin köməyinə ehtiyac olduğu vurğulanıb.
Tədbirin sonunda diskussiya təşkil olunub, ətraflı fikir mübadiləsi aparılıb. DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə nəşr edilmiş dini ədəbiyyat tədbir iştirakçılarına təqdim edilib.


