Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.09.2022 / Xəbərlər

Zərdabda “Davamlı sülh inkişafın təməlidir” mövzusu müzakirə olunub

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və  Zərdab rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  “Sülh Aylığı” çərçivəsində “Davamlı sülh inkişafın təməlidir” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, davamlı sülh, əmin-amanlıq, həmçinin ictimai-siyasi sabitlik inkişafın təməlidir. O da bildirilib ki, respublikamızda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.

Sonda mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb.