Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2021 / Xəbərlər

Zəfər Gününə həsr olunmuş onlayn tədbirlər keçirilib

Noyabrın 3-də Hacıqabul və Neftçala rayonlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş onlayn tədbirlər keçirilib.  

Tədbirlərdə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin bütün dünyaya Ordusunun gücünü, xalq və dövlət birliyini nümayiş etdirməsi, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin dəmir yumruq kimi birləşməsi barədə çıxışlar dinlənilib.