Zaqatalada “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusu müzakirə edilib
Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Zaqatala İslam Kollecinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala İslam Kollecinin direktoru Anar Qurbanov, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, Vətən müharibəsi qaziləri, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi. O da qeyd edilib ki, xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir.
Seminarın sonunda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çap edilmiş vətənpərvərlik mövzusuna həsr edilmiş ədəbiyyat paylanılıb.


