Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.03.2023 / Xəbərlər

Zaqatalada maarifləndirmə tədbirləri keçirilib

Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhəri İ. Qayıbov adına  Qazangül  tam orta məktəbində “Novruz bayramı: milli dəyərlərimizin təcəssümü” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri  İlqar Vəliyev, Zaqatala rayon N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin  müdiri vəzifəsini icra edən Leyla Məmmədova, Şəki-Zaqatala regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Rəcəb Əlizadə, Zaqatala şəhəri İ. Qayıbov adına  Qazangül  tam orta məktəbinin direktoru Mirzə Hüseynov, məktəbin müəllim və şagirdləri iştirak edib.

Çıxışlar zamanı vurğulanıb ki, hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti və özünəməxsus adət-ənənələri onun tarixini və qədimliyini göstərən əsas amillərdir. Qeyd edilib ki, Azərbaycan xalqı  tarixən mövcud olan milli-mənəvi dəyərlərini bugünədək qoruyub saxlayıb və yaşadaraq daha da inkişaf etdirib.  Azərbaycan xalqının qədim tarixə malik  milli dəyərlərindən hesab  olunan Novruz bayramı haqqında geniş danışılıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.