Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2022 / Xəbərlər

Zaqatalada “İnsan Hüquqları Aylığı” çərçivəsində görüş keçirilib

İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhramanı Şixamir Qaflanov adına Humanitar Fənnlər Gimnaziyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən “İnsan hüquq və azadlığına hörmət hüquqi, mənəvi borcumuzdur” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Gimnaziyanın direktoru Məsumə Əfəndiyeva, müəllimlər və sinif şagirdləri iştirak ediblər.

Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz  xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlar zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci ildə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının” qəbul edilməsi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunması diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə Azərbaycan Respublikasında hər il 18 iyun İnsan Hüquqları Günü kimi keçirilir. Həmçinin seminar iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyası ilə vətəndaşlara  verilən hüquq və azadlıqlardan bəhs edilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.