Zaqatalada "Dini radikalizm və ekstremizmin təhlükələri" mövzusu müzakirə olunub
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və YAP Zaqatala rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda konfrans keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Məmmədov, YAP Zaqatala rayon təşkilatının aparat rəhbəri Fərid Ramazanov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda radikal dini qruplaşmalara və qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə maariflənmənin və təhsilin vacibliyi qeyd edilib. Eyni zamanda, bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. O da bildirilib ki, Azərbaycanda dini durum sabitdir, milli və dini ayrıseçkilik halları yaşanmır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.


