Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.11.2022 / Xəbərlər

Zaqatalada Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirilib

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Paşan kənd tam orta məktəbində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan multikultural dəyərlərə malik tolerant ölkədir, burada insanların dini etiqadına hörmətlə yanaşılır.

Sonda “Azərbaycan tolerantlıq modeli” adlı sənədli film nümayiş etdirilib, iştirakçılara maarifləndirici ədəbiyyat paylanılıb.