Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.01.2022 / Xəbərlər

Zaqatalada 2022-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti və rayon Qazılığının birgə təşkilatçılığı ilə 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov və səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icma sədrləri, eləcə də din xadimləri iştirak ediblər.

Çıxışlarda DQİDK və digər müvafiq qurumlar tərəfindən 2021-ci il ərzində görülən işlərdən bəhs olunub. Eyni zamanda, ötən il ərzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələri, müəyyən olunmuş qaydalar mütəmadi olaraq dindarlara izah olunub. Bildirilib ki, ötən dövr ərzində məscidlərdə və digər ibadət yerlərində qaydalara riayət olunmasına ciddi nəzarət edilib.

Tədbirdə, həmçinin 2022-ci ildə qarşıda duran vəzifələr də müzakirə olunub.

Sonda iştirakçıların fikirləri dinlənilib.