Zaqatala və Lənkəranda Aprel döyüşlərinin altıncı ildönümü münasibətilə tədbirlər keçirilib
Aprelin 6-da Zaqatala və Lənkəranda Aprel döyüşlərinin altıncı ildönümü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, tələbələr, şəhid ailələrinin üzvləri, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran şəhər təşkilatı, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Lənkəran filialının məsul əməkdaşları, eləcə də dindarlar iştirak ediblər.
Çıxışlar zamanı Aprel döyüşlərinin tarixi əhəmiyyətindən bəhs edilib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ardıcıl və uzaqgörən siyasət nəticəsində əzəli torpaqlarımızın işğalından azad olunması prosesinin uğurla başa çatdırıldığı vurğulanıb. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində xalqımızın dövlət başçısının ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdiyi bildirilib.



