Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.09.2022 / Xəbərlər

Yevlaxda "Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri" mövzusu müzakirə edilib

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyi və  şəhər Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində "Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri" mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə DQİDK–nın əməkdaşı Fərid Vaqifli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Zaur Əliyev, Gİİ əməkdaşı Samir Kərimov, Yevlax şəhər 5 saylı tam orta məktəbin psixoloqu Aybəniz  Abdullayeva və gənclər iştirak ediblər. 

Tədbirdə çıxış edənlər uşaqların fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik  ruhunda  tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib və aktual vəzifələrin bu gün dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildiriblər. Son illər ölkəmizdə uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışan çıxışçılar bu sahədə təhsilin önəmini xüsusi ilə qeyd ediblər. Tədbir iştirakçıları məktəblərdə uşaqların milli-mənəvi dəyərlərimizə, xalqımızın tolerantlıq ənənələrinə bağlı şəkildə yetişdirilməsinin əhəmiyyətindən danışaraq, zamanında əldə edilən biliklərin uşaqların gələcək həyatında radikal və ekstremist qüvvələrdən uzaq durmalarında önəmli olacağını qeyd ediblər. Çıxış edənlər bu gün Azərbaycan gəncliyinin  öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşdığını qeyd ediblər.              

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam  edib.