Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.02.2022 / Xəbərlər

Yevlaxda radikalizm və ekstremizm mövzusuna həsr olunmuş tədbir keçirilib

Fevralın 17-də Yevlax şəhər 2 nömrəli tam orta məktəbində "Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq" mövzusunda  seminar keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Fərid Vaqifli, Vüqar Verdiyev, Yevlax şəhər Təhsil şöbəsinin əməkdaşı Umudvar Mamedov, şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Sədaqət Şükürova və məktəb şagirdləri iştirak ediblər. 

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğu vurğulanıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məktəblərdə bu mövzu ilə bağlı keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib. 

O da bildirilib ki, radikal və ekstremist fikirli şəxslərə qarşı mübarizədə ən effektiv yol maarifləndirmədir.

Sonda mövzu ətrafında məktəbliləri maraqlandıran suallar cavablandırılıb.