Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2021 / Xəbərlər

Yevlaxda “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” mövzusunda tədbir keçirilib

Senytabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı, Yevlax şəhər Heydər Əliyev mərkəzi, Yevlax şəhər Gənclər və İdman İdarəsi, Yevlax şəhər Gənclər Evi sosial xidmət müəssisəsinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsinin il dönümünə həsr olunmuş “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” mövzusunda videokonfrans keçirilib. 

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sora ordu quruculuğu sahəsində əsaslı inkişafın həyata keçirildiyi qeyd edilib. Ali Baş Komandanın dəmir yumruğu və qəhrəman Ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğu diqqətə çatdırılıb. O da vurğulanıb ki, bu gün işğaldan azad olunmuş torpaqlarda geniş abadlıq-quruculuq işləri həyata keçirilir.