Yevlaxda "Milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib
Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər Gənclər və İdman İdarəsi və YAP Yevlax Rayon Təşkilatının birgə təşkilatçılıqı ilə "Milli-mənəvi dəyərlərimiz və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, YAP Yevlax Rayon Təşkilatının sədr müavini Tural İsmayılov, Gənclər və İdaman idarəsinin rəis müavini Samir Kərimov və gənclər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası və tolerantlıq ənənələrinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdiyi gənclərin diqqətinə çatdırılıb. Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklərdən danışan tədbir iştirakçıları bu qələbənin gənc nəslin tərbiyəsində böyük rol oynadığını bildiriblər.
Sonda mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

