Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.06.2022 / Xəbərlər

Yevlaxda maarifləndirici tədbir keçirilib

İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyi, Polis şöbəsi və YAP Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Narkomaniya: Səbəbləri və ona qarşı mübarizə yolları"  mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı qurumların nümayəndələri Fərid Vaqifli, Zaur Əliyev, Rəşad Mamedov, Tural İsmayılov, məktəblilər və  gənclər iştirak ediblər.

Çıxış edənlər müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyanın səbəb olduğu bəlalardan bu gün də bəşəriyyətin  əziyyət çəkdiyini qeyd edərək, bu problemin acı nəticələrinə qarşı mübarizənin bütün dünya ölkələri tərəfindən aparıldığını bildiriblər. Həmçinin narkomaniyanın yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayıldığı, psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlik olduğu qeyd edilib. Narkomaniyanın bu gün əsasən yeniyetmələr və gənclər arasında daha çox yayıldığını bildirən çıxışçılar, onun yaddaş və təfəkkürü pozduğunu, həyata qarşı laqeydlik yaratdığını bildiriblər. Ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən  də danışan tədbir iştirakçıları, mübarizə yollarının birinin də məhz maarifləndirici tədbirlər olduğunu qeyd ediblər.

Tədbir qarşılıqlı müzakirələrlə davam  etdirilib.