Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2021 / Xəbərlər

Yardımlıda "Vətən naminə" filmi nümayiş olunub

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Vəli Məmmədov adına Yardımlı şəhəri 2 saylı tam orta məktəbində pandemiya qaydalarını gözləməklə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu" mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhriyar Şabiyev, Yardımlı şəhəri 2 saylı tam orta məktəbin direktoru Tahir Rüstəmov və şagirdlər iştirak ediblər. 

Çıxışlar zamanı qeyd edilib ki, milli-mənəvi dəyərlər Azərbaycan xalqının sərvətidir. O da vurğulanıb ki, düşmənə qarşı birləşən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını ortaya qoyan oğullarımız məhz milli-mənəvi dəyərlərimizin bizə verdiyi gücün, qüvvənin sayəsində Prezidentimizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, “Biz bilrlikdə güclüyük” və “Qarabağ Azərbaycandır!” şüarlarını özləri üçün həyat fəlsəfəsinə çevirdilər. Bu birlik, bu inam Azərbaycanın qəti və şanlı Zəfəri ilə nəticələndi.

Sonda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Vətən naminə” filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.