Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.09.2021 / Xəbərlər

Yardımlıda "Narkomaniya-ümumbəşəri bəla" mövzusunda seminar keçirilib

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon Gənclər və İdman İdarəsi və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə "Narkomaniya-ümumbəşəri bəla" mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhriyar Şabiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səfail İbişli və gənclər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Bildirilib ki, respublikamızın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi olması da diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.