Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.02.2022 / Xəbərlər

Yardımlıda “Gəncləri dini radikalizim və ekstremizimdən qoruyaq” mövzusu müzakirə edilib

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Yardımlı rayonunda “Gəncləri dini radikalizim və ekstremizimdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Gənclər və İdman idarəsinin əməkdaşları Elvəy Fətəliyev və Şəhriyar Şabıyev,  rayon təhsil şöbəsinin məsul işçisi Mirnəzər Mirkazımlı, V.Nəciyev adına Yardımlı şəhər 4 saylı tam orta məktəbin direktoru Miralim Səlimov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Vurğulanıb ki, DQİDK-nın bu istiqamətdəki fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Radikal dini cərəyanlarla mübarizədə effektivliyin təmin olunması üçün aidiyyəti hüquq-mühafizə, icra və digər dövlət qurumları ilə birgə aparılan kompleks işlərin davam etdirilməsinin zəruriliyi də vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.