Xızıda mənəvi dəyərlərimiz mövzusuna həsr olunmuş tədbir keçirilib
Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Xızı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Abdulla Hüseynov, Xızı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elyanar Hüseynov, şəhər Rafiq İsmayılov adına tam orta məktəbinin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri və milli xüsusiyyətləri var. Dövlətin və millətin tarixi varlığının əsasını milli-mənəvi dəyərlərin möhkəmliyi təşkil edir. Vurğulanıb ki, bu dəyərlərin təbliği xüsusi önəm kəsb edir.
Seminar diskussiya şəklində davam etdirilib.


