Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.03.2022 / Xəbərlər

“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə edilib

Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, dini icma və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən, eləcə də xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolundan bəhs olunub. Çıxış edən natiqlər bildiriblər ki, tarixin ən çətin dövrlərində belə xalqımız öz milli-mənəvi dəyərlərini qoruyub saxlamağı, müqəddəs məqsədləri uğrunda birləşməyi, vəhdət olmağı bacarıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.