Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.02.2024 / Xəbərlər

Xaçmazda vətəndaşların müraciətləri dinlənilib

Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri səlahiyyətlərini icra edən Mübariz Qurbanlı Xaçmazda vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə çiçəklər qoyularaq xatirəsi ehtiramla yad olunub.

Qəbulda vətəndaşların İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların fəaliyyəti və digər məzmunlu müraciətləri dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak ediblər.