Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.09.2022 / Xəbərlər

Xaçmazda “İslamda zorakılıq anlayışı” mövzunda tədbir keçirilib

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) və Xaçmaz rayonu Qobuqırağı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qobuqırağı kənd məscidində “İslamda zorakılıq anlayışı” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Qobuqırağı kənd məscidinin imamı Vəli Məmmədəliyev, dini icma üzvləri və gənclər iştirak ediblr.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Natiqlər qeyd ediblər ki, İslam dini istənilən zorakılıq halına qarşıdır. İslamın sülh dini olduğu da diqqətə çatdırlıb.

Tədbir qarşılıqlı müzakirərələr və sualların cavablandırılması ilə davam edib.