Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.02.2022 / Xəbərlər

Xaçmazda “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib

Fevralın 18-də Xaçmaz Rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini Ceyhun Musayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmdəov, Qobuqırağı kənd məscidinin imamı Vəli Məmmədəliyev və rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığına toxunulub. Dini radikalizmin yaranmasının səbəbləri və onun ağır fəsadları, dini radikalizmdən qorunmağın yolları barədə məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb. DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat nümunələri gənclərə hədiyyə edilib.