Xaçmazda “Azərbaycanın dövlət müstəqilliyinin bərpası–30: dəyərlərimizin təminatı” mövzusunda tədbir keçirilib
Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) və Xaçmaz şəhəri “Təzə şəhər” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyinin bərpası–30: dəyərlərimizin təminatı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz şəhəri “Təzə şəhər” məscidi dini icmasının sədri Yaşar Rzayev, din xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. O da qeyd olunub ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edən güclü orduya və güclü iqtisadiyyata malik bir ölkədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

