Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2021 / Xəbərlər

“Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda onlayn seminar

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi, Ağdam rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam rayon Heydər Əliyev Mərkəzinin direktor müavini Elçin Cəfərov, Ağdam rayon Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev, Ağdam rayon Qaradağlı kənd Mədəniyyət evinin direktoru Zənurə Mirzəyeva və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqların sağlam mühitdə böyüməsi və milli-mənəvi dəyərlərimizə uyğun tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması olduqca vacibdir.