Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2021 / Xəbərlər

Ucarda "Məişət zorakılığı və narkomaniya" mövzusu müzakirə edilib

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Polis şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Məişət zorakılığı və narkomaniya” mövzusunda tədbir keçirilib.

Ucar şəhər 4 saylı tam orta məktəbdə pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə RPŞ-nin Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili Şöbəsinin inspektoru Xəqani Vahidov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, məktəbin direktoru Elmira Soltanova və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Çıxışlar zamanı məişət zorakılığı haqqında geniş məlumat verilib. Xüsusi olaraq vurğulanıb ki, narkomaniya və digər zərərli vərdişlərə düçar olmuş şəxslərin ailələrində məişət zorakılığına daha çox rast gəlinir. 

Tədbirdə şagirdlərin sualları cavablandırılıb.