Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.04.2022 / Xəbərlər

Ucarda maarifləndirmə tədbiri keçirilib

Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Bərgüşad kənd “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə üzrə şöbə müdiri Əzim Rəfiyev, dini icmanın sədri Səməd Alıyev, eləcə də kəndin Ailə Sağlamlıq Məntəqəsinin tibb işçiləri iştirak ediblər.

Çıxış edən natiqlər Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” barədə söhbət açaraq bildiriblər ki, tədbirlər planı əhalinin cins strukturundakı uyğunsuzluqların aradan qaldırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Eyni zamanda uşaqların doğulanadək cinsinin seçilməsinin qarşısının alınması, ailələrdə doğulan uşaqlar arasında qız uşaqlarına nisbətən oğlan uşaqlarına üstünlük verilməsinin azaldılması, cəmiyyətdə gender bərabərliyinin önəmi, selektiv abortun qanuni, tibbi və dini cəhətdən qadağa və zərərləri vurğulanıb.