Ucarda "Dini radikalizm və zərərli vərdişlərdən uzaq gənclik" mövzusunda tədbir keçirilib
Dekabrın 15-də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ucar rayon Quləbənd kənd Cəsarət Zülfüqarov adına tam orta məktəbdə "Dini radikalizm və zərərli vərdişlərdən uzaq gənclik" mövzusunda tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov, Quləbənd kənd məscidinin din xadimi Aydın Rəsulov, məktəbin direktoru Elşad Hacıyev və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun önəmindən danışılıb. Zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu ziyanlar, dini radikalizm və onun fəsadlrı haqqında ətraflı məlumat verilib. Eyni zamanda keçirilən bu cür maarifləndirmə tədbirlərinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

