Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2022 / Xəbərlər

Ucarda dini radikalizm və ekstremizmin gənclərə psixoloji təsir üsulları mövzusu müzakirə olunub

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayon Gənclər və İdarəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və ekstremizmin gənclərə psixoloji təsir üsulları" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və gənclər iştirak ediblər.

Natiqlər dini radikalizm və ekstremizmlə mübarizənin prioritet məsələ olduğunu qeyd ediblər. Eyni zamanda dini radikalizm və ekstremizmin gənclərə psixoloji təsir üsullarından bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.