Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.05.2022 / Xəbərlər

Ucarda dini fanatizm və radikalizmin təhlükələri müzakirə olunub

Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayonu Lək kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı tədbir keçirilib.

Ucar rayonu Lək kənd məscidində keçirilmiş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, dini icmanın sədri Rövşən İsmayılzadə, dini icmanın üzvləri və dindarlar iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizmin, radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilərək, xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.