Ucarda “Azərbaycanda multikultural və torerantlıq dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorluğunun birgə təşkilatçılığı ilə "Azərbaycanda multikultural və torerantlıq dəyərləri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin əməkdaşı Mirmehdi Heydərov və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşlıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Eyni zamanda Vətən müharibəsində qazanılan şanlı Qələbəmizdə və milli həmrəylimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin rolu diqqətə çatdırılıb.
