Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2024 / Xəbərlər

Ucar, Saatlı və Kürdəmirdə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib

Fevralın 22-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmir şəhər Peşə Lisyinin  birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “Xocalı soyqırımı-tarixin qan yaddaşı” adlı tədbir keçirilmişdir. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, peşə lisyinin müəllim və tələbələri iştirak ediblər.

***

Daha bir anım tədbiri fevralın 22-də Saatlıda olub. Tədbirə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə sektorunun baş məsləhətçisi Əmrah Əhmədov, ziyalılar və gənclər qatılıblar.

***

Fevralın 22-də Ucar Gənclər Evində "Xocalı - bir millətin kədəri" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, gənclər və orta məktəb şagirdləri iştirak ediblər .

 

Çıxışlarda Xocalı faciəsi barədə ətraflı məlumat verilib. Tariximizin  ən qanlı hadisələrdən biri  olan,  erməni silahlı dəstələri  tərəfindən xalqımıza  qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc, əliyalın əhalinin xüsusi  qəddarlıqla  qətlə yetirildiyi, əsir  götürülən insanların dəhşətli işgəncələrə , zülm və təhqirlərə məruz  qaldıqları  qeyd  edilib.