Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.12.2012 / Xəbərlər

Türkiyənin diyanət işləri başqanı: “Azərbaycandakı tolerant mühit dünya ölkələrinin əksəriyyətində mövcud deyil”

Mehmet Görməz Bakıda keçirilən “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak edir.Mehmet Görməz APA-ya eksklüziv açıqlamasında bildirib ki, dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamasından məmnundur: “Azərbaycanda olmağımdan məmnunam. Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyil. Bu isə Azərbaycanın dini-milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir”.