Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.09.2022 / Xəbərlər

Tovuzda “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda tədbir keçirilib

Sentyabrın 2-də Tovuz rayon H.Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Tovuz Rayon İcra Hakimiyyəti (RİH), YAP rayon təşkilatı, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə DQİDK-nın şöbə müdiri Rasim Tağıyev, RİH-in əməkdaşı Akif Ələkbərov, YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nərgiz Sabirli, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin üzvləri iştirak ediblər.

Çıxışlarda hər bir xalqın formalaşmasında və təşəkkül tapmasında milli-mənəvi dəyərlərin rolunun vacibliyindən bəhs edilib. Bildirilib ki, xalqımız hər zaman milli dəyərlərimizə sadiq olub və əsrlərlə yaşadaraq inkişaf etdirib. Bu dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın roluna diqqət çəkilərək mediada dini radikalizmə qarşı maarifçilik işlərinin aparılmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.