Tovuzda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub
Noyabrın 24-də Tovuz Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tovuz RİH başçısının müavini Niftalı Qasımov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, müəllimlər, gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, dini siyasiləşdirərək ondan alət kimi istifadə edən bəzi radikal qüvvələr öz məqsədləri naminə bir çox ölkələrdə daxili münaqişələr yaradırlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.