Tərtərdə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə edilib
Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə təşkilatçı qurumların əməkdaşları və rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü bildiriblər. Çıxışçılar, həmçinin məktəblilərin radikal dini düşüncələrdən qorunması istiqamətində mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin əhəmiyyətindən danışıblar.

