Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.06.2022 / Xəbərlər

Tərtərdə marrifləndirmə tədbiri keçirilib

İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi, Tərtər Rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Tərtər rayon Gənclər Mərkəzində  26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rəvan Həsənov, Pərişan Orucova, rayon Polis Şöbəsinin məsul işçisi Ceyhun Əliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov, həkimlər, məktəb direktorları, psixoloqlar və gənclər iştirak ediblər.

Çıxışlarda narkomaniyanın müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb məsələlərdən biri olduğu bildirilib. İnsanların sağlamlığına, mənəviyyatına ciddi zərbə vurduğu nəzərə çatdırılıb. Natiqlər problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayıblar. 

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.