Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2021 / Xəbərlər

Sumqayıtda MDTF-nin nəşrlərindən ibarət sərgi təşkil edilib

Noyabrın 26-da Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən keçirilən “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusundakı ikigünlük seminar çərçivəsində DQİDK tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) nəşr etdirdiyi kitablardan ibarət  sərgi təşkil edilib.

Geniş oxucu kütləsinin marağına səbəb olan sərgidə milli-mənəvi dəyərlərimizin, xalqımızın tolerant və multikultural ideyalarının,  ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, eləcə də dini radikalizmə qarşı mübarizə məqsədilə çap edilən kitablar nümayiş etdirilib. 

Qeyd edək ki, bu nəşrlər ictimaiyyətə pulsuz paylanılır. Məqsəd dini sahədə xurafatın mənfi təzahürləri və cəmiyyətə vurduğu ziyanlar, yaratdığı problemlər barədə vətəndaşların maarifləndirilməsindən ibarətdir.