Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2022 / Xəbərlər

Siyəzəndə multikulturalizm ənənələrinin əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon İcra Hakimiyyəti (RİH) və Siyəzən “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə multikulturalizm ənənələrinin əhəmiyyətinə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən RİH başçısı Aparaının İctimai-siyasi  və  humanitar  məsələlər  şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Qafqaz Müsəlmanları İdarəsinin Şabran və Siyəzən rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, Siyəzən şəhəri  “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, rayonda fəaliyyət göstərən din xadimləri, dini icma üzvləri və ağsaqqallar iştirak edib.

Çıxışlarda bildirilib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.