Siyəzəndə maarifləndirici tədbir keçirilib
İyunun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən rayon Gənclər və İdman İdarəsi və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizə mənəviyyatımızın xilasıdır” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, rayon Polis Şöbəsinin məsul əməkdaşı Fərahim Qasımov, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, zərərli vərdişlər təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləmində, şəxsiyyət kimi formalaşmasında ciddi problemlər yaradır. Bu istiqamət üzrə zəruri maarifləndirmə işlərinin həyata keçirilməsində, dövlət qurumları ilə yanaşı, hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və zərərli vərdişlərin fəsadları barədə ətraflı müzakirələr aparılıb.

