Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.01.2024 / Xəbərlər

Siyəzəndə “Dini ekstermizm: dünyəvi dövlət üçün zərərləri” mövzusunda seminar keçirilib

Yanvarın 15-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayonu üzrə Təhsil Sektorunun və Siyəzən Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini ekstermizm: dünyəvi dövlət üçün zərərləri” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Gündüz Səmədli, Siyəzən Rayon üzrə Təhsil Sektorunun məsləhətçisi Güllü Şeydayeva, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşı Hikmət Rəhmanov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan dünyəvi dövlət kimi burada yaşayan müxtəlif dinlərin nümayəndələrinin dini etiqad azadlığının təmin olunmasına, dini abidələrin bərpası və tikintisinə xüsusi diqqət ayırır. Qeyd olunub ki, gənclər həmişə diqqətli olmalı, dini bilikləri doğru və qanuni mənbələrdən əldə etməlidirlər, dini fanatizm və ekstremizmə aparan yollardan uzaq durmalıdırlar. Vurğulanıb ki, ölkəmizdə dünyəvilik prinsipləri xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə formalaşıb və tolerantlığa münasibətdə mütərəqqi yanaşma da, məhz bunun açıq sübutudur.

Seminarın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.