Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.11.2022 / Xəbərlər

Şimal-qərb regionundakı məscid və kilsələrdə Zəfər Günü ilə bağlı tədbirlər keçirilib

Şimal-qərb regionundakı məscid və kilsələrdə Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Qax rayonu Qaxingiloy kəndində yerləşən “Müqəddəs Giorgi” kilsəsi, Əlibəyli  kəndində yerləşən “Müqəddəs Nino” kilsəsində baş tutan tədbirlərdə gürcü xristian pravoslav dini  icmalarının üzvləri iştirak ediblər. Vətən müharibəsində canlarından keçmiş şəhidlərin əziz xatirəsi anılıb, ruhlarına şamlar yandırılıb, dualar oxunub.

Həmçinin “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icması tərəfindən 10-a yaxın şəhid ailəsi və qaziyə yardım göstərilib. 

Zaqatala, Qax və Balakən rayonlarında fəaliyyət göstərən müsəlman dini icmalar tərəfindən Zəfər Günü ilə bağlı baş tutan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.