Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2022 / Xəbərlər

Şimal-qərb bölgəsindən və Bakı şəhərindən olan din xadimləri "Heydər" məscidində birgə namaz qılıblar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakı şəhərində din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üçgünlük seminarın iştirakçıları "Heydər" məscidində vəhdət namazı qılıblar.

Namazda Bakı şəhəri, Balakən, Zaqatala, Şəki və Qax rayonlarından olan din xadimləri iştirak ediblər.