Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.09.2021 / Xəbərlər

Şimal bölgəsinin din xadimlərinin iştirakı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Sentyabrın 24-də şimal bölgəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq din xadimlərinin və Vətən müharibəsi qazilarının iştirakı ilə onlayn formatda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QMİ-nin rayonlar üzrə səlahiyyətli nümayəndələri Anar Eyyubov və Fəryaddin Rəhimxanov çıxış ediblər. Natiqlər qeyd ediblər ki, Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusu otuz illik həsrətə son qoydu və torpaqlarımız işğaldan azad edildi. O da qeyd olunub ki, Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular.