Şimal bölgəsində “12 Noyabr – Azərbaycanda Konstitusiya günü” mövzusunda tədbir keçirilib
Noyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin Quba və Şabran rayonları üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə “12 Noyabr – Azərbaycanda Konstitusiya günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba Regional Mərkəzinin məsul şəxsləri, QMİ-nin nümayəndələri və din xadimləri iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, 1995-ci ilin noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul edilən Konstitusiya ölkəmizin müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının ilk Konstitusiyası idi. Vurğulanıb ki, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Azərbaycanda Konstitusiya günü elan edildi.



