Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2022 / Xəbərlər

Şəmkirdə yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

İyulun 26-da Sərhəd Qoşunlarının Şəmkir rayonunda yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, hərbi hissənin nümayəndəsi Tofik Yusifov və şəxsi heyət iştirak edib.

Çıxışlarda bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib, ölkəmizdə dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində görülən işlər vurğulanıb. Eyni zamanda dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsirindən bəhs olunub.