Şəmkirdə "Müasir gənclik və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib
Fevralın 17-də Şəmkir rayon Düyərli kənd tam orta məktəbində "Müasir gənclik və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Rayon Təhsil Şöbəsinin nümayəndəsi Amil Alıyev, Polis Şöbəsinin məsul əməkdaşı Amil Abbasov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, eləcə də hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində daha ardıcıl və davamlı işlər aparılır. Bildirilib ki, milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasına təsir göstərməklə bərabər dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm rol oynayır. O da qeyd olunub ki, öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq,


